16 Oktyabr 2015 19:30
1 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bir həftədir boğuluram, ölürəm. Heç kim mənə baxmır. Həkim deyir ki, pul ver, müalicə edim”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında əməkdar artist Gülnar Salmanova deyib. Səhhətinin daha da ağırlaşdığını vurğulayan əməkdar artist həkimindən və teatrın ona qarşı biganəliyindən şikayətlənib: “Bir həftədir güclə nəfəs salıram. Ölürəm. Həkimim Rüstəm Verdiyevə deyirəm ki, vəziyyətim çox pisdir, məni müalicə et. O isə məndən pul istəyir və yalnız bu halda müalicə edəcəyini deyir. Mənim də pulum yoxdur. Prezident mükafatımı aldıqdan sonra pulu verəcəyimi dedim, amma razı olmadı və məni müalicə etmədi. Dedi ki, işim başımdan aşır. Belə bir vəziyyətdə qorxuram ki, sabaha çıxa bilməyim. Bu vəziyyətə düşməyimi isə Sabunçu Rayon Xəstəxanasının baş həkimi Fikrət Zeynalovdan gizlədirlər. Onu da deyim ki, Musiqili Teatrdan da vəziyyətimlə bağlı heç kim maraqlanmır. Mən də bununla bağlı onlara heç nə demirəm. Amma mənə elə gəlir ki, mənimlə maraqlanmalıdırlar”.

Gülnar Salmanova şəkərli diabet və xərçəng xəstəliyindən əziyyət çəkir.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər