22 Oktyabr 2015 14:32
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Reallıqlar nə qədər fərqli olsa da, istənilən şəxsin bu və ya digər ölkənin ictimai-siyasi həyatına daxil olması və tanınması üçün ən azı müəyyən bir mərhələyə, zaman kəsiyinə ehtiyac duyulur. Hələ intellektual potensialı, bacarıq və istedadı bir kənara qoyuram. Vaxt və təcrübə... əsas şərtdi!



Şübhəsiz ki, bu, Azərbaycanda da belədir. Bu gün göz önündə olan insanların haradan gəldiklərini, hansı proseslərdən keçdiklərini bilmək istədiyimiz qədər bilirik. İctimai-siyasi həyat yağışdan sonrakı münbit torpağa bənzəmir. Burada “göbələklərin” ömrü daha qısa olur, “göstəbəklərin” də həmçinin... “Göbələklər” ayaq altında qalır, “göstəbəklər” isə ya öz missiyalarını başa vurub torpağın altına çəkilir, ya da ifşa olunurlar...

Ancaq bəzən “göstəbəklər” sahibsiz qalanda haradan gəldiklərini, yaxud hansı məqsədlə göndərildiklərini unudur, bir qələmlə arxivə göndərilmiş sahiblərinin kölgəsini öz kölgələri hesab edir, “torpağın altındakı” qafalarıyla torpağın üstündəki ətraflarının görünmədiyini düşünürlər.

Eynilə ölkədə baş verən son hadisədən sonra sahibsiz qalmış “reket media”nın “qəhrəmana” çevirdiyi Əhməd Şahidov kimi...

Kimdir axı bu, kod adı və həyati missiyası soyadıyla eynilik təşkil edən, üzü dirənilmiş üzlər görmüş ŞAHİD(OV)? Deputat köməkçisi, erotik “əsər”lərin müəllifi, cinsi azlıqların müdafiəçisi, yazılarında cinsiyyət orqanlarının adını açıq şəkildə ifadə etməklə diqqəti cəlb etməyə çalışan cızmaqaraçı, Həcc ziyarətçisi və nəhayət bir neçə gün öncə ifşa olunmuş qrupun vasitəsilə beynəlxalq təşkilatların toplantılarında iştirakına, çıxışına və dilə gətirdiyi ritorik cümlələr ətrafında sosial şəbəkələrdə, mediada şou yaradılmasına imkan tanınan adam...

Təəssüf ki, Azərbaycan mətbuatının bir hissəsi hadisələrə analitik yanaşma qabiliyyətini tamamilə itirərək, bəlli bir şəbəkə, qrup tərəfindən konkret bir missiya üçün görəvləndirilən kəslərin ətraflarında yaradılan şouların mahiyyətinə diqqət yetirə bilmir, bir hissəsi isə təlimata uyğun hərəkət edərək öz miskin maraqlarının girovuna çevrilir...

Artıq bir neçə gündür ki, ölkənin kütləvi informasiya vasitələrində bəzi media qurumlarının, o cümlədən “reket media”ın MTN-dən, daha dəqiq desək, artıq ifşa olunmuş qrup tərəfindən idarə olunması barədə fikirlər səsləndirilir. Əslində bu, media cameəsində çoxlarına bəlli olan bir həqiqətdir. Sadəcə bir müddət öncə açıq şəkildə dilə gətirilməsi mümkün deyildi... Çünki kimsə şantajın ən iyrənc formaları ilə qarşılaşmaq istəmirdi... Amma hər halda bəlli bir qrupun istifadəsində olan missiya daşıyıcılarının şoularına qoşulmamaq, axına qoşulub onları təbliğ etməmək olardı.

Son bir il ərzində kod adı “ŞAHİD” olan şəxsin hansı media qrupları tərəfindən təbliğ olunmasına diqqət yetirilərdisə, onun və onun kimilərin keçdiyi yola nəzər salınardısa, o zaman bir çox mətləblərin üzərinə işıq salına bilərdi. Amma olmadı... Zamanında.. olmadı. Artıq hər şey onsuz da göz qabağındadır!
İndi isə “ŞAHİD”in “köməkçi” missiyasını yerinə yetirdikdən sonra “reablitasiya” olunaraq ölkənin ictimai-siyasi həyataına transformasiya edilməsi prosesinə diqqət yetirək:

... “ŞAHİD”in ölkədaxili proseslərdə “təmizlənməsi”nin imkansız olduğunu yaxşı başa düşən istifadəçilər onun beynəlxalq müstəviyə çıxarılmasının da çətin olduğunu anlayırdılar. Buna görə də “ŞAHİD” qısa bir zaman ərzində “hüquq müdafiəçisi”nə çevrilməliydi. Amma hüquq müdafiəçisi statusunun beynəlxalq müstəvidə qəbul olunması üçün də müəyyən addımların atılmasına ehtiyac vardı. “ŞAHİD” axına qarşı gedə bilməzdi... Bu həm onun, həm də onu təlimatlandıranlar üçün ciddi fəsadlara yol aça bilərdi. Bu səbəbdən də Avropanın diqqətini cəlb edəcək başqa bir istiqamət seçildi: “ŞAHİD”in cinsi azlıqların müdafiçisi rolunda təqdim olunması yolu...

Beləliklə, “ŞAHİD” cinsi azlığın cəmiyyətə qarşı apardığı mübarizəyə həsr olunmuş “Samir” romanını “yazdı” və “Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri” kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq üçün imkan qazandı... Daha sonra proses bəlli qrup tərəfindən idarə olunan KİV vasitəsilə üfürülməyə və “ŞAHİD”lə bağlı “sabun operası”nın yeni səhnələrinin sərgilənməsinə başlanıldı...

Əgər, son hadisələr baş verməsəydi, o zaman “ŞAHİD” ifşa olunmuş qrupun məqsədləri üçün daha geniş miqyasda bir oyunun icrasına başlayacaq, iş adamları, dövlətə sədaqətli olan vicdanlı şəxslər haqqında yüksək kürsülərdən ittihamlar səsləndirəcək, öz ağalarının daha da varlanmaları üçün yeni fürsətlər yaradacaqdı...

Amma olmadı... İndi “ŞAHİD” də, onu təbliğ edən “reket media” da sahibsiz qalıb. Və başları yenə də torpağın altındadır... İndi “göstəbək”lər sadəcə yuvalarına qayıtmaq istəyirlər...

Murad Yenigün


Müəllif:

Oxşar xəbərlər