22 Oktyabr 2015 15:53
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda soyğunçuluq və quldurluq cinayəti törətmiş 95 nəfərdən ibarət 38 qrup tutulub. Teleqraf.com xəbər verir ki, bu barədə bu gün İdarədə keçirilən 2015-ci ilin 9 ayının yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, hesabat dövründə Bakı şəhərində Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə 8.706 (8.752) cinayət qeydə alınmışdır ki, onların da 81,6%-i (7.104-ü) az ağır və böyük ictimai təhlükə törətməyən, 18,4%-i isə (1.602-i) ağır və xüsusilə ağır növlər olmuşdur. Ötən ilin eyni dövrü ilə müqayisədə qəsdən adam öldürmələr 9,5%; qəsdən sağlamlığa ağır zərər vurmalar 9,7%; adam oğurluğu faktları isə 2 dəfə azalmışdır.

Cinayətlərin 75,9%-nin (ötən il 70,1%), ağır növlərinin 77,9%-nin (72,4%), qeyri-aşkar şəraitdə baş verənlərin 64,7%-nin (57,4%) açılması təmin olunmuşdur. Şəxsiyyət əleyhinə olan 1402 cinayətdən 92,3%-i (91,2%), o cümlədən qəsdən adam öldürmələrin 100%-i (90,7%), adam öldürməyə cəhdlərin 89,5%-i açılmışdır (100%).

2014-cü ilin müvafiq dövrü ilə müqayisədə ümumi cinayətlərin açılması 5,8%, onların ağır və xüsusilə ağır növlərinin açılması 5,5%, şəxsiyyət əleyhinə olanların açılması 1,1%, o cümlədən qəsdən adam öldürmələrin açılması 9,3%, mülkiyyət əleyhinə cinayətlərin açılması 10,4%, mənzillərdən edilən oğurluqların açılması 10,9%; avtonəqliyyat oğurluqlarının açılması 12,5%; quldurluqların açılması 7,1%; hədə-qorxu ilə tələb etmələrin açılması 6,5%; avtonəqliyyatın qaçırılması 5,1%; xuliqanlıqların açılması 0,5%; dələduzluqların açılması 2,7%; ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması 7,1% yaxşılaşmışdır.

Cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqinin də böyük əhəmiyyəti olmuşdur. Baş İdarənin və ərazi polis orqanlarının “Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 1911 hadisə aşkarlanmış, kameraların arxiv görüntülərindən istifadə edilməklə 202 bağlı cinayət açılmışdır.

2015-ci ilin 9 ayı ərzində təqsirləndirilən şəxs qismində axtarışda olan 1106 nəfərdən 65,6%-i (-2,2%, 725-i), ağır və xüsusilə ağır cinayətlərə görə axtarılan 456 nəfərdən isə 51,1%-i tutulmuşdur (-2,1%, 233-ü).

Bununla yanaşı, 45 soyğunçuluq və quldurluq cinayəti törətmiş 95 nəfərdən ibarət 38 qrup, eləcə də mənzillərdən 84 oğurluq törətmiş 69 nəfərdən ibarət cinayətkar 29 qrup yaxalanmışdır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər