23 Oktyabr 2015 16:44
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dövlət Sərhəd Xidmətində cari ilin doqquz ayının xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş xidməti müşavirə keçirilib.

DSX-nın mətbuat mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev müşavirədə məruzə ilə çıxış edib. O, Heydər Əliyev dövlətçiliyinin qüdrətlənməsi və xalqımızın firəvanlığı naminə Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət nəticəsində ölkəmizin bütün strateji inkişaf hədəflərinə nail olmasını, sosial və infrastruktur layihələrin müvəffəqiyyətlə icra edilməsini, Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin döyüş qabiliyyətinin əhəmiyyətli dərəcədə yüksəldilməsini qeyd edib.

Azərbaycan Sərhəd Mühafizəsi üçün 2015-ci ilin doqquz ayı sərhəd mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi üzrə Ali Baş Komandanın tapşırıqlarının, o cümlədən DSX-ya həvalə edilmiş digər vəzifələrin icrası, dövlət sərhədinin toxunulmazlığının və döyüş hazırlığının daha yüksək səviyyədə təmin edilməsi ilə əlamətdar olması bildirilib.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Dövlət Sərhəd Xidməti komandanlığını növbəti ali hərbi rütbələrə layiq bilməsi, DSX əməkdaşlarını orden və medallarla, fəxri adlarla təltif etməsi, Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatdırılan sərhəd gözətçi gəmilərilə tanış olması şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi və məsuliyyət hissi ilə qarşılanması xüsusi vurğulanıb.

Xidməti müşavirə zamanı Prezident İlham Əliyevin DSX qarşısında qoyduğu tapşırıqlar və onlardan irəli gələn məsələlər müşavirə iştirakçılarına çatdırılıb. Həmçinin DSX-nin rəhbər vəzifəli şəxslərinin məruzələri dinlənilib, xidməti-döyüş fəaliyyətinin daha da yüksəldilməsi, döyüş hazırlığının möhkəmləndirilməsi, şəxsi heyətinin vətənpərvərlik ruhunda tərbiyəsinin gücləndirilməsi istiqamətində zəruri göstərişlər verilib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər