26 Oktyabr 2015 17:45
493
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının qanununda yer alan “Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələri nümayəndələrinin akkreditəsi qaydaları” əsasında xarici KİV nümayəndələrinin akkreditasiyası Xarici İşlər Nazirliyi (XİN) tərəfindən həyata keçirilir. XİN-də akkreditasiyadan keçən KİV nümayəndələri Mərkəzi Seçki Komissiyasında qeydə alınamalıdırlar. Yalnız bundan sonra xarici KİV təmsilçiləri tamamilə sərbəst şəkildə seçki prosesini işıqlandıra bilərlər”.

Teleqraf.com-un məlumatına görə, bu barədə XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Seçki-2015.az saytına açıqlamasında deyib.

H.Hacıyev bildirib ki, xarici KİV nümayəndələrinin akkreditasiya prosesini asanlaşdırmaq üçün XİN tərəfindən elektron akkreditasiya xidməti də həyata keçirilir: “Azərbaycanda keçiriləcək parlament seçkilərini işıqlandırmaq üçün bu günə qədər XİN-ə beynəlxalq media qurumlarından çoxsaylı müraciətlər daxil olub. Bu beynəlxalq media nümayəndələrinin ölkəmizdə keçiriləcək seçkilərə marağını göstərir. Azərbaycanda artıq daimi əsasda akkreditasiyadan keçmiş xarici media nümayəndələri var ki, onlar Mərkəzi Seçki Komissiyasında qeydiyyata düşməklə seçkiləri işıqlandırmaq niyyətindədirlər. Bundan əlavə, qısamüddətli dövr ərzində akkreditasiyadan keçmək və seçkiləri işıqlandırmaq üçün müraciətlər də daxil olur. Ümumiyyətlə, seçki prosesini işıqlandırmaq üçün müraciət edən xarici KİV nümayəndələri sırasında Türkiyə, Rusiya, Avropa İttifaqı ölkələrinin media qurumları üstünlük təşkil edirlər. Bundan əlavə, ABŞ və İsraildən də müraciətlər var”.

XİN rəsmisi bəzi xarici dairələrin seçkiöncəsi Azərbaycana qarayaxma cəhdlərinə münasibət bildirib. H.Hacıyev qeyd edib ki, Azərbaycanın inkişafını sevməyən qüvvələrin seçkilərə təsiri ola bilməz: “Hər zaman olduğu kimi budəfəki seçkilərin də azad, demokratik və şəffaf şəkildə keçirilməsi üçün lazımı şərait yaradılıb. Seçkiləri çoxsaylı yerli və xarici müşahidəçilər izləyəcək. Ölkəmizdə keçiriləcək parlament seçkilərinin nəticələrini Azərbaycan seçicilərinin iradəsi müəyyən edəcək”.


Müəllif:

Oxşar xəbərlər