Bakıda dilənçilik etdiyi üçün saxlanılan şəxs polis bölməsində intihara cəhd edib.
Musavat.com xəbər verir ki, Səməd Vurğun parkında dilənçilik edən Yevlax rayon sakini, 1984-cü il təvəllüdlü Rafiq Bəkirov Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.
O, Nəsimi rayonu 22-ci Polis Bölməsinə gətirilib.
R.Bəkirov bölmənin giriş qapısına çatanda ağzından çıxardığı lezva ilə qolunun damarlarını kəsib.
Psioxoloji problemlərinin olduğu deyilən R.Bəkirov xəstəxanaya yerləşdirilib. O, tibbi yardım aldıqdan sonra xəstəxanadan buraxılıb.