Etibar Əliyev yenidən "Bank Technique" ASC-nin Müşahidə Şurasının sədri təyin edilib.
Bu barədə Trend.az-a E.Əliyevin özü məlumat verib.
E.Əliyevi bildirib: "Mən bu gündən bankın Müşahidə Şurasının sədri vəzifəsində səlahiyyətlərimin icrasına başladım. Bu, dövlət başçısının Azərbaycanda sahibkarlığın inkişafına göstərdiyi dəstək üzrə atılan addımların nəticəsidir".