Paytaxtın 10-dan çox küçəsində güclü tıxac yaranıb.
Teleqraf.com Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, Şah İsmayıl Xətai, Cəfər Xəndan, Ağasadıq Gəraybəyli-Səttar Bəhlulzadə küçələrinin kəsişməsində, İnşaatçılar, Xudu Məmmədov, Abbasqulu ağa Bakıxanov, Sakit Qocayev, Mikayıl Müşfiq, Landau, Molla Pənah Vaqif, Şeyx Şamil küçələrində, Bakı-Sumqayıt şosesində, habelə Fətəli Xan Xoyski prospektində avtomobillərin intensiv hərəkəti müşahidə edilir.
Bununla yanaşı Ceyhun Səlimov küçəsində - Hərbı Hospitalın yanında, asfalt örtüyünün dəyişməsi ilə əlaqədar Əfzələddin Xaqni küçəsində hərəkət məhdudlaşdırılıb.