44 saylı Sumqayıt-Xızı Seçki Dairəsində təblığat kampaniyasını yüksək səviyyədə aparıram. Qanunla ayrılmış bütün lövhələrdə namizəd plakatım vurulub.
Bu açıqlamanı Axar.az-a BAXCP sədrinin müavini, 44 saylı Sumqayıt –Xızı Seçki Dairəsindən namizəd olan Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, namizədlər üçün ayrılmış lövhələr əhalinin çox hərəkət etdiyi yerlərdədir:
”Bu çox yaxşı haldır ki, Dairə Seçki Komissiyası namizədlər üçün lövhələri əhalinin çox hərəkət etdiyi yerlərdə qurub. Bu gün BAXCP-nin Sumqayıt rəhbərliyi ilə birlikdə həmin lövhələrə baxış keçirtdik. Qeydə alınmış namizədlərin hər birinin plakatının vurulduğunu gördüm. Mənə elə gəlir ki, bu dairənin seçiciləri namizədləri ilə bağlı artıq 19 gün müddətində müəyyən informasiya toplaya biliblər. Bu gün həm də müasir texnologiya – internet resusları da imkan verir ki, seçicilər namizədlərlə bağlı daha ətraflı və dolğun məlumat toplasınlar. Sumqayıt və Xızı əhalisinin internetdən geniş istifadə etməsi də çox yaxşı haldır”.