Lənkəran-Lerik avtomobil yolunda torpaq sürüşməsi baş verib.
Bu barədə Publika.az-a Lerik İcra Hakimiyyətinin başcısının müavini Habil Məlikov məlumat verib.
O, bildirib ki, yolun alt qatında torpaq sürüşmələri baş verir. Bu da rayonda hal-hazırda aparılan tikinti işləri ilə əlaqədar ağır tonnajlı yük maşınlarının o yoldan keçməsilə bağlıdır:
“ Yol İstismar İdarəsi bu yolu nəzarətdə saxladığı üçün torpaq sürüşmələrinin qarşısı vaxtında alınır”.
H.Məlikov bildirib ki, 2005-ci ildə salınan yol 2014-2015-ci illərdə təmir olunsa da, təmir keyfiyyətsiz aparılıb.
Qeyd edək ki, sürüşmələr daha çox magistral yolun 17, 19 və 26-cı kilometrlərində qeydə alınıb.