Azərbaycanda Milli Məclisə noyabrın 1-ə təyin edilmiş seçkilərdə həbsxanalarda və hərbi hissələrdə səs vermək üçün lazımi şərait yaradılıb.
Bunu Trend-ə açıqlamasında İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova deyib.
E.Süleymanova bildirib ki, Ombudsman Aparatının əməkdaşları seçkilərlə bağlı penitensiar sistemdə və hərbi hissələrdə monitorinqlər keçirib: “Penitensiar sistemdə və hərbi hissələrdə seçki məntəqələri tam standartlara uyğun şəkildə yaradılıb. Biz məhkumlarla təkbətək görüşərək onlara hüquqlarını başa salırıq ki, seçkilərdə necə iştirak etsinlər, seçdikləri namizədə səs versinlər və onlara heç bir təsir göstərilməsin”.