30 Oktyabr 2015 13:15
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərlə bağlı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası gücləndirilmiş iş rejimində işləyəcək.

Secki-2015.az saytınn xəbərinə görə, bu barədə stansiyanın baş həkmi Rauf Nağıyev məlumat verib.

Baş həkim bildirib ki, seçkilər günü rəhbər işçilər də, bütün əməkdaşlar da öz yerində olacaq. Artıq cədvəllər tərtib olunub, mərkəzdə bütün qüvvələr səfərbər olunub, dairə və məntəqə seçki komissiyalarının, eləcə də vətəndaşların sağlamlığının qorunması, çağırışlara dərhal icra olunması üçün operativ həkim briqadaları yaradılıb.

Azərtac


Müəllif:

Oxşar xəbərlər