31 Oktyabr 2015 10:33
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycandakı seçki prosesi türk mətbuatının da diqqət mərkəzindədir.

Seçki-2015.az xəbərinə görə, Anadolu agentliyi seçki prosesi barədə hazırladığı materialda bir çox təşkilata istinad edib. Agentlik qeyd edir ki, ölkədə azad, ədalətli və şəffaf seçki mühiti mövcuddur. Mərkəzi Seçki Komissiyası bütün yerli və xarici mətbuata seçki prosesini izləmək üçün geniş imkanlar yaradıb. Eyni vəziyyət müşahidəçilərə də aiddir.

Agentlik əlavə edir ki, namizədlərin qeydiyyatı, imzatoplama və təbliğat kampaniyaları dövründə xoşagəlməz hallar qeydə alınmayıb.

Qeyd edək ki, agentliyin bu xəbərini Türkiyənin əksər qəzetləri istinadla yayıb. Bundan əlavə, televiziyalar da seçkiyə yer ayırıb. TRT televiziyası Seçki Monitorinq Koalisiyasının keçirdiyi mətbuat konfransı barədə də süjet hazırlayıb. Reportajı aşağıdakı linkdən izləmək mümkündür:


Müəllif: