1 Noyabr 2015 10:24
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzi Milli Məclisə keçirilən seçkilərin saat 10:00-a olan nəticələrini açıqlayıb.

Teleqraf.com-un məlumatına görə, mərkəzin müdiri Rüfət Gülməmmədov bildirib ki, saat 10:00-dək seçicilərin 667 min 732 nəfəri səsvermədə iştirak edib.

Onun sözlərinə görə, saat 10:00-a olan nəticələrə əsasən, ölkə üzrə seçici fəallığı 12.8 faiz təşkil edib: “Respublika üzrə 125 seçki dairəsi öz hesabatını verib. Bu da ümumilikdə hesabat verən 5547 məntəqəni əhatə edir”.

Qeyd edək ki, gün ərzində ümumilikdə 5 dəfə seçici fəallığı ilə bağlı məlumat açıqlanacaq. MSK saat 10:00-dan əlavə, saat 12:00-da, 15:00-da, 17:00-da və 19:00-da da ölkə üzrə seçici fəallığı ilə bağlı məlumat açıqlayacaq.

Səxavət


Müəllif: