1 Noyabr 2015 13:39
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Səsvermə üçün 5547 məntəqə hazır vəziyyətə gətirilib. Seçki məntəqələri vaxtında açılıb, saat 08.00-da səsvermə başlayıb”.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

Onun sözlərinə görə, səsvermə prosesi indiyədək normal davam edir: “Saat 12.00-dək seçicilərin 28.02 faizi səsvermədə iştirak edib. Hesab edirəm yaxşı nəticədir. Heç bir ciddi pozuntu qeydə alınmasa da, bəzi xoşagəlməz hallar baş verib. Məsələn, 63 saylı Sabirabad I seçki dairəsində deputatlığa namizəd Pənah Hüseynin səlahiyyətli nümayəndəsi 2 seçicinin əlindən bülleteni alaraq qaçıb. Bir seçki dairəsində namizədlərdən biri məntəqə seçki komissiyasının üzvü olan xanımı təhqir edib. Belə hallar qeydə alınsa da, nəticələrə təsir edəcək hadisələr baş verməyib. İndiyədək MSK-ya rəsmi şikayət daxil olmayıb”. (apa)


Müəllif: