1 Noyabr 2015 14:00
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtər rayonunun təmas xəttinə yaxın Qaradağlı kəndində yerləşən 95 saylı Tərtər Seçki Dairəsinin 12 saylı seçki məntəqəsində Milli Məclisə seçkilərdə səsvermə davam edir.

“Report”un xəbərinə görə, burada iki - Qaradağlı və Qapanlı kəndlərinin əhalisi səs verir.

Sakinlər bildirib ki, səhər saatlarında erməni silahlı bölmələri kəndi atəşə tutub: “Lakin bu, bizim seçki əhvalımızı pozmayıb”.

Qeyd edək ki, kənddə keçirilən səsverməni 12 yerli müşahidəçi izləyir.


Müəllif: