1 Noyabr 2015 14:41
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Seçkilər" Media Mərkəzi- “MDB-nin missiyası parlament seçkiləri ilə bağlı oktyabrın 14-dən Azərbaycanda monitorinqlər keçirir və ümumiyyətlə, müşahidəçilərdə seçkilərə hazırlıqla bağlı müsbət rəy formalaşıb”. Secki-2015.az saytının məlumatına görə, bu fikirləri MDB-nin müşahidəçilər missiyasının rəhbəri, MDB-nin icraçı katibi Sergey Lebedev deyib.

Onun sözlərinə görə, seçkilərə hazırlıqla məşğul olan bütün strukturlar seçkilərə tam hazırdır: “Mən həmkarlarımla da danışmışam, çoxları seçki məntəqələrindədir, vəziyyət normaldır, seçki komissiyalarının üzvləri və iştirakçıları seçiciləri qarşılamağa hazırdırlar”.

S.Lebedev bildirib ki, müşahidələrə əsasən, Azərbaycanda seçki ilə bağlı böyük iş görülüb: "Bu, seçkilərin normal və sakit keçəcəyinə təminat verir”.


Müəllif: