1 Noyabr 2015 14:54
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Seçkinin bazar günü keçirilməsi daha çox insanın iştirak etməsinə şərait yaradır”.

Teleqraf.com-un xəbərinə görə, bu fikirləri beynəlxalq müşahidəçi, ABŞ Konqressinin sabiq üzvü, Kaliforniya ştatının təmsilçisi Co Baka deyib.

Onun sözlərinə görə, insanlar bu prosesin ədalətli və demokratik proses olduğunu hiss edirlər: "Vətəndaşlarınız Azərbaycan üçün vacib olan bu prosesdə iştirak etmələrinin əhəmiyyətini anlayırlar: Digər gözəl məqam ondan ibarətdir ki, bəzi valideynlər öz övladları ilə seçki məntəqələrinə gəlir. Bu, uşaqlara seçkinin əhəmiyyətini anlatmaq üçün gözəl nümunədir".

BƏXTİYAR


Müəllif: