1 Noyabr 2015 15:09
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2 il əvvəl prezident seçkilərini izləmək üçün Bakıda olmuşdum. O zaman seçki yüksək səviyyədə keçirilmişdi”.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında beynəlxalq müşahidəçi, Bosniya və Hersoqovina parlamentinin üzvü Nərminə Kapetanoviç deyib.

O bildirib ki, bu, Azərbaycana üçüncü səfəridir: “Bu dəfə də seçki prosesi qaydalara uyğun təşkil olunub. Biz 6 məntəqəyə baş çəkmişik. Bütün məntəqələrdə müxtəlif partiya və QHT-ləri təmsil edən müşahidəçilərə seçki ilə bağlı hər hansı şikayətin olub-olmaması barədə suallar vermişik. Lakin heç bir məntəqədə şikayət qeydə alınmayıb. Məntəqələrdə namizədlərin təbliğat-təşviqat materiallarının olmaması seçkinin yaxşı təşkil olunduğundan xəbər verir. Seçiciləri narahat edən hallar aşkar edilməyib. Bütün bunlar demokratiya və şəffaflığın təmin olunmasını göstərir. Azərbaycanlıların qonaqpərvərliyi və mehribanlığı digər səfərlərimdə olduğu kimi, bu dəfə də məni sevindirir”.

BƏXTİYAR


Müəllif: