1 Noyabr 2015 16:10
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komisiyasının “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin rəhbəri Rüfət Gülməmmədov saat 15:00-a ölkə üzrə ən fəal və ən passiv seçici fəallığı qeydə alınan seçki dairələrinin adlarını açıqlayıb.

Teleqraf.com-un məlumatına görə, R.Gülməmmədov bildirib ki, ən fəal seçki dairəsi 14 saylı Xəzər ikinci seçki dairəsidir ki, bu dairə üzrə 33 min 727 nəfər seçici səsvermə hüququndan istifadə edib. Bu da həmin dairədə qeydiyyatda olan seçicilərin ümumi sayının 69,7 faizi deməkdir. Ən passiv seçki dairəsi 32 saylı Suraxanı üçüncü seçki dairəsidir. Bu dairə ərazisində cəmi 10 min 769 seçici səs verib ki, bu da seçicilərin ümumi sayının 27,1 faizi deməkdir”.

R.Gülməmmədov, həmçinin əlavə edib ki, Naxçıvan Muxtar Republikasında seçici fəallığı 54,9 faiz, Bakıda 40,5 faiz, digər regionlar üzrə isə 42,9 faiz təşkil edib: “Ümumilikdə, ölkə üzrə seçici fəallığı 42,9 faiz təşkil edib”.

Səxavət


Müəllif: