1 Noyabr 2015 17:30
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təşkilatçılıq çox yüksək səviyyədə həyata keçirilib. Biz 3 seçki dairəsində və 16 seçki məntəqəsində müşahidə aparmışıq. Getdiyimiz bütün yerlərdə şəffaf və demokratik seçki prosesinin şahidi olmuşuq”.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri Secki-2015.az saytına Qırğızıstan Mərkəzi Seçki Komissiyasının üzvü Carkın Papanova müşahidə təəssüratlarını bölüşərkən deyib.

Xarici müşahidəçinin dediyinə görə, seçki prosesində vətəndaş fəallığı yüksəkdir: "Vətəndaşlar seçkilərə maraq göstərirlər. Mən yerli müşahidəçilərlə söhbət apardım. Onlar bildirdilər ki, heç bir qanun pozuntusu, yaxud şikayətlə rastlaşmayıblar”.

C.Papanova bildirib ki, onun diqqətini çəkən amillərdən biri də seçki məntəqələrində müasir standartlara cavab verən texnologiyaların quraşdırılmasıdır: “Bir sözlə, demək istərdim ki, xalq seçkilərə maraq göstərir və ortada heç bir neqativlik yoxdur. Ümumiyyətlə, mən seçicilərinizdə yalnız pozitivlik görürəm. Digər ölkələrdən fərqli olaraq, sizin ölkədə böyük siyasi qütbləşmə görünmür. Xalq bir nöqsan olmadan, məmnuniyyətlə seçkilərə qatılır”.


Müəllif: