1 Noyabr 2015 21:20
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Milli Məclisə seçkilər başlayandan etibarən Bakıda və rayonlarda seçkiləri müşahidə etmişik, bizə hər hansı bir şikayət daxil olmayıb”. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ombudsman Elmira Süleymanova deyib.

O, qeyd edib ki, yalnız seçkiləri müşahidə etməyiblər: “Biz, eyni zamanda seçicilərlə söhbət aparmışıq, müşahidəçilərlə görüşmüşük, “exit-poll” keçirənlərlə danışmışıq. Bizə hər hansı şikayət daxil olmayıb”.

E.Süleymanova cəzaçəkmə müəssisələri və hərbi hissələrdə səsvermə zamanı da heç bir pozuntu halına rast gəlmədiklərini qeyd edib.


Müəllif: