1 Noyabr 2015 21:54
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rəy" Monitorinq Mərkəzi Azərbaycanda parlament seçkilərində 10 seçki məntəqəsində keçirilmiş "exit-poll"un ilkin nəticələrini açıqlayıb.

Trend-in məlumatına görə, mərkəzin direktoru Rizvan Abbasov mətbuat konfransında deyib ki, monitorinq ümumilikdə 10 seçki məntəqəsində - Bakıda 6, Sumqayıtda 4 - aparılıb.

Onun sözlərinə görə, bu 10 seçki məntəqəsinə 7 mindən çox seçici gəlib.

Qeyd edilən seçki məntəqələrində qaliblərin ilkin siyahısı aşağıdakı kimidir:

Bakı:

8 saylı Binəqədi birinci seçki dairəsi – Azay Quliyev (65,4 faiz səs) - seçici fəallığı (52,3 faiz)
16 saylı Yasamal ikinci seçki dairəsi – Aytən Mustafayeva (48,9) - seçici fəallığı - 54,1
20 saylı Nərimanov ikinci seçki dairəsi – Adil Əliyev (65,1) - seçici fəallığı - 44,9
27 saylı Sabunçu ikinci seçki dairəsi – Dilarə Cəbrayılova (59,9) - seçici fəallığı - 50,2
29 saylı Səbail seçki dairəsi – Şəmsəddin Hacıyev (63,2) - seçici fəallığı - 51,8
34 saylı Xətai ikinci seçki dairəsi – Fuad Muradov (62,5) - seçici fəallığı - 48,4

Sumqayıt:

41 saylı Sumqayıt birinci seçki dairəsi – Mirzəcan Xəlilov (58,1) - seçici fəallığı - 49,5
42 saylı Sumaqyıt ikinci seçki dairəsi – Tahir Mirkişili (55,7) - seçici fəallığı - 47,9
43 saylı Sumqayıt üçüncü seçki dairəsi – Muxtar Babayev (60,6) - seçici fəallığı - 48,8
44 saylı Sumqayıt-Xızı seçki dairəsi – Hacı Salayev (64,9) - seçici fəallığı - 48,6


Müəllif: