2 Noyabr 2015 11:09
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Müşahidələrimizdən sonra bu nəticəyə gılmişik ki, Azərbaycanda parlament seçkiləri açıq, şəffaf, Azərbaycanın Konstitusiyasına və qanunvericiliyinə uyğun keçirilib".

Teleqraf.com-un məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında MDB-nin İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bildirib.

Onun sözlərinə görə, MDB-nin tanınmış parlamentarilərinin daxil olduğu MDB-nin müşahidə missiyası artıq öz işini yekunlaşdırıb.

S.Lebedev qeyd edib ki, seçki ilə bağlı bəyanatlarını Mərkəzi Seçki Komissiyası seçkilərin nəticəsini rəsmi qaydada elan etdikdən sonra açıqlayacaqlar: "Lakin indi bunu qeyd edə bilərik ki, seçkilərdə ciddi pozuntular olmayıb. Yalnız kiçik texniki nöqsanlar var idi ki, məntəqə sədrləri tərəfindən onların aradan qaldırılmasına operativ reaksiya verildi. Buna görə də demək olar ki, seçkilərdə ciddi pozuntular olmayıb".

S.Lebedev məntəqələrdə seçkilərin şəffaf keçirilməsinə imkan verən veb-kameraların da quraşdırılmasını və onların sayının əvvəlki seçki ilə müqayisədə daha da artırılmasını müsbət qiymətləndirərək qeyd edib ki, dünyanın inkişaf etmiş bəzi ölkələrində, o cümlədən Amerikada bu kameralardan istifadə edilmir.

Nərgiz


Müəllif: