2 Noyabr 2015 14:18
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parlament seçkiləri heç bir qanun pozuntusu olmadan keçirilib.

Teleqraf.com-un məlumatına görə, bunu seçkiləri müşahidə edən Pakistan missiyasının rəhbəri Hüseyn Seyid bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, seçkiləri 6 nəfərlik nümayəndə heyəti müşahidə edib: "Biz eyni zamanda planlaşdırılmayan məntəqələrə də baş çəkdik. Dünən gördüyümüz mənzərə bunu deməyə əsas verir ki, seçkilər şəffaf keçirilib. Dünən seçki məntəqələrində səs verməyə gələn iki qoca insanı gördüm. Məni təsirləndirən bu idi ki, onlar yaşlarının çox olmasına baxmayaraq, səsverməyə gəlmişdilər. Mən Azərbaycan xalqını təbrik edirəm".

Hüseyn Seyid deyib ki, dünən Azərbaycan prezidenti İlham Əliyevlə səmimi və gözəl görüşləri olub. Onun sözlərinə görə, bu görüş Pakistan xalqına sevginin göstəricisi idi: "Biz Dağlıq Qarabağın müstəqilliyini tanımırıq, bizim Ermənistanla əlaqələrimiz yoxdur. Müxalifətdə və ya hakiyyətdə təmsil olunmasından asılı olmayaraq, hər bir pakistanlı siyasətçi Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanındadır".

Nərgiz


Müəllif: