4 Noyabr 2015 13:05
479

Noyabrın 5-də İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yüksək vəzifəli şəxslər Komitəsinin və Parlament Məclisinin daimi Komitəsinin birgə iclası, həmçinin QDİƏTPM-in reqlamenti üzrə işçi qrupunun toplantısı keçiriləcəkdir.

Teleqraf.com xəbər verir ki, tədbirlərdə bu təşkilatın sədr müavini, Milli Məclisin bu qurumdakı nümayəndə heyəti rəhbərinin vəzifəsini icra edən deputat Musa Quliyev iştirak edəcək. İclasda gələcək əməkdaşlığın möhkəmləndirilməsi məsələləri üzrə birgə fəaliyyət planı, təşkilatın reqlamentinə təklif olunan dəyişikliklər və digər mövzularda fikir mübadiləsi aparılacaqdır. Deputat Musa Quliyev müzakirə ediləcək məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcəkdir.

Nemət


Müəllif: