5 Noyabr 2015 09:51
458

Seçkilərin nəticələrinin müəyyən olunması ilə bağlı Dairə Seçki komissiyalarının protokollarının tərtib edilmiş birinci nüsxəsi və ona əlavə olunan müvafiq sənədlər Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunub.


Bu barədə Publika.az-a MSK Katibliyinin Media və İctimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli məlumat verib.


Onun sözlərinə görə, bununla da seçkilərin yekunlarına dair protokolların tərtib olunması prosesi başa çatıb.

Ş.Əsədli deyib ki, bundan sonra ən gec 20 gün müddətinə MSK seçkilərin nəticələrini yoxlayaraq, bu prosesə tam yekun vurur: “Bu müddətdən sonra isə Milli Məclisə seçkilərin yekunlarının və nəticələrinin yoxlanılaraq təsdiq edilməsi üçün MSK tərəfindən təqdim olunan sənədlər Konstitusiya Məhkəməsi tərəfindən 10 gün müddətinə yoxlanılaraq təsdiq ediləcək. Artıq Konstitusiya Məhkəməsi bu barədə yekun qərar qəbul edəndən sonra seçkilərdə qələbə qazanan şəxslər deputat statusu alacaqlar. Əgər Konstitusiya Məhkəməsi yoxlama prosesi tələb edərsə, həmin müddət artırıla bilər”.


Müəllif: