5 Noyabr 2015 16:13
1 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Vay-faylı (Wi-Fi) avtobuslar fəaliyyətə başlayıb.

Axar.az-a Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, “Huawei” və “Bakcell” şirkətlərinin birgə kampaniyası olan “Huawei & Bakcell LTE Campaign” çərçivəsində 77 saylı avtobuslardan birində simsiz internet modemləri quraşdırılıb.

Bu avtobusda sərnişinlər elektron poçtlarını yoxlaya və ya sosial şəbəkələrdən istədikləri kimi istifadə edə bilərlər.


Müəllif: