5 Noyabr 2015 18:23
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Hüseynov Emil Kamiloviç
Hüseynov Rauf Vəli oğlu
Qasımov Rafiq Yunisəli oğlu
Mahmudov Hikmət İsmayıl oğlu
Rüstəmov Musa İsmayıl oğlu
Rzayev Bayram Zülfüqar oğlu
Salahov Mustafa Səttər oğlu
Vəlixanova Fəridə Ağa Əli qızı

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Müəllif: