6 Noyabr 2015 12:55
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

“AŞPA-nın Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamə münaqişə ilə bağlı Avropa strukturları tərəfindən dəqiq və tarazlaşdırılmış bəyanat oldu”.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət katibinin Cənubi Qafqaz üzrə keçmiş köməkçisi, Birləşmiş Ştatların Azərbaycanda keçmiş səfiri Metyu Brayza “Vestikavkaz”a açıqlamasında deyib.

Onun sözlərinə görə, siyasi məsələlər üzrə komitə bu bəyanatın qəbulu ilə ATƏT-in Minsk qrupunu səylərini dəstəklədiyini ifadə etdi: “Həmçinin, yeddi il əvvəl Minsk qrupu tərəfindən təqdim olunmuş baza prinsipləri həllində münaqişənin həll olunmasının tərəfdarıdır. Beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf yeddi rayonun azad olunması haqda çağırışlar artıq neçə illərdir səsləndirilir. Bununla yanaşı, AŞPA qətnaməsi Dağlıq Qarabağın aralıq hüquqi statusunun qurulmasına çağırır. Bu çağırışlarla yanaşı, hər iki tərəfin təmas xəttində silahlı toqquşmaları təcili dayandırmasının vacibliyi bildirilir. Hansı ki, bu Helsinki bəyannaməsinin üç əsas elementidir: Ərazi bütövlüyünün toxunulmazlığı, öz müqəddəratını təyin etmə və güc tətbiq etməmək”.

Keçmiş diplomat AŞPA-nın Ermənistanın Rusiya tərəfindən silahlandırılmasını qınadığını da diqqətə çatdırıb: “Sənəddə AŞPA ondan şikayətlənir ki, Ermənistan bu məsələdə siyasi məsələlər üzrə komitə ilə əməkdaşlıq etməkdən imtina edir. Bu müsbət bəyanatdır. Lakin onun praktiki tətbiqi mümkün deyil. Çünki AŞPA-nın belə sənədləri həyata keçirməsi üçün mexanizmi yoxdur”.


Müəllif: