9 Noyabr 2015 12:56
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Sumqayit qatarının hərəkətində fasilə yaranıb.

Bunu Trend-ə təsdiqləyən "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov qeyd edib ki, qatarın hərəkətində yaranan 10 dəqiqəlik fasilə aradan qaldırılıb və sərnişinlər mənzil başına çatdırılıb. Qurum rəsmisi yaranmış problemin səbəbini belə izah edib: “Sumqayıtdan-Bakıya gedən 8:45 qatarında elektrikdə gərginlik yaranıb və qatar Biləcəri stansiyasında dayanmalı olub. Amma sonradan nasazlıq aradan qaldırılıb. Hazırda qatarlar öz qrafikləri ilə hərəkətlərini davam etdirirlər”.


Müəllif: