11 Noyabr 2015 14:54
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün aramsız yağan yağış Bakı avtovağzalının yaxınlığındakı sürüşməni aktivləşdirib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.


Onun sözlərinə görə, ərazidə həm çatlar genişlənib, həm də istinad divarları irəliləyib:


“Hazırda təhlükənin qarşısının alınması üçün bərkitmə işləri davam etdirilir”.

Ə.Piriyev bildirib ki, yağışdan sonra ərazidə geoloji-tədqiqat işləri yenidən aparılıb.


Müəllif: