12 Noyabr 2015 11:59
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Andrye (Fransa) Berlində Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerlə görüş keçiriblər.

Trend-in məlumatına görə, bu barədə C.Uorlik "Twitter" sosial şəbəkəsində yazıb.

Minsk qrupunun həmsədrləri Almaniyanın ATƏT-də sədrliyi ərəfəsində Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Berlindədirlər.

ATƏT Xarici İşlər Nazirləri Şurasının növbəti iclası dekabrın 3-4-də Belqradda keçiriləcək.

İclas zamanı təşkilatda sədrlik Serbiyadan Almaniyaya keçəcək.


Müəllif: