13 Noyabr 2015 16:51
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsi bəzi kütləvi informasiya vasitələrində yerləşdirilən Astara Gömrük İdarəsinin sərhəd gömrük buraxılış məntəqəsinin piyada keçid xəttində vətəndaşların böyük sıxlığını əks etdirən video görüntülərlə bağlı açıqlama yayıb.

Dövlət Gömrük Komitəsi bildirir ki, həmin video görüntülər bir neçə gün bundan öncə, bayram günləri ərəfəsində gömrük zonasına aidiyyatı olmayan ərazidə qeydə alınıb. Belə ki, bayram günləri ilə əlaqədar qonşu ölkəyə səyahət edənlərin sayında adi günlərə nisbətən bir neçə dəfə artım müşahidə olunmuş, müəyyən sıxlıq yaranıb. Gömrük orqanlarının fəaliyyət zonasına daxil olmayan ərazidə baş verməsinə baxmayaraq müvafiq qurumlarla birgə tədbirlər görülüb, bu qısa müddətli sıxlıq tez bir zamanda aradan qaldırılıb. Hal-hazırda piyada keçid xəttində heç bir sıxlıq müşahidə olunmur, vətəndaşların normal gediş-gəlişi tam təmin edilir.


Müəllif: