14 Noyabr 2015 11:37
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan vətəndaşlarına Parisə turist paketlərinin satışının dayandırılması barədə qərar bazar ertəsi qəbul edilə bilər.

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müavini Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, indi bu qərar haqqında danışmaq tezdir: "Noyabrın 16-da turizm şirkətlərinin nümayəndələri ilə görüşəcək, vəziyyəti müzakirə edəcək və qərar qəbul edəcəyik".

M.Ağakərimov bildirib ki, turpaketlərin satışı dayandırılarsa, turistlərə kompensasiya veriləcək.

Qeyd edək ki, bu gecə Parisdə baş verən atışma və partlayışlar nəticəsində ölənlərin sayı 150 nəfəri ötüb.


Müəllif: