16 Noyabr 2015 14:14
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev din xadimlərinin və dini icma rəhbərlərinin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Teleqraf.com-un məlumatına görə, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Beynəlxalq tolerantlıq günü münasibətilə, Azərbaycanda multikultural ənənələrin və dinlərarası münasibətlərin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər:

Allahşükür Hümmət oğlu Paşazadə

Aleksandr Gennadyeviç İşein

Vladimir Fekete

Milix İlxananoviç Yevdayev

Gennadi Konstantinoviç Zelmanoviç

Robert Baqratoviç Mobili".


Müəllif: