16 Noyabr 2015 18:04
1 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 16:10 radələrində Azərbaycan ərazisinin əksər hissəsində internet əlaqəsi kəsilib.

Təkcə kompüterlər deyil, mobil telefonlar vasitəsilə də internetə qoşulmaq mümkün olmayıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov Publika.az-a ölkə ərazisinin əksər hissəsində internet əlaqəsinin kəsildiyini təsdiqləyib.

O bildirib ki, "Delta Telekom"da kabel xətlərində yanğın olub. Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb. Hazırda internetin bərpası istiqamətində iş aparılır. O qeyd edib ki, nazir vəzifəsini icra edən İltimas Məmmədov bu məsələ ilə məşğuldur.

Yayılan ilkin məlumatlara görə, problemin səbəbi ölkədə internet təchizatının böyük əksəriyyətinə nəzarət edən “Delta Telekom” şirkətinin serverlərinin çökməsidir.

İnternetin kəsilməsi ilə ölkədə online bank əməliyyatları dayanıb, elektron ödəmə sistemlərinin işi iflic olub. Habelə online bilet satışı sistemi çöküb.


Müəllif: