18 Noyabr 2015 10:44
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 19-da Füzuli rayonunun Horadiz kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Piter Svedberq və yüksək səviyyəli planlama qrupunun nümayəndəsi polkovnik-leytenant Den Harvey keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov, Xristo Xristov və yüksək səviyyəli planlama qrupunun nümayəndəsi polkovnik Andrey Baraşkin keçirəcəklər.

BƏXTİYAR


Müəllif: