18 Noyabr 2015 11:37
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyası Mərkəzi Nəzarət - Təftiş Komissiyasının sədri olmuş Məhəmməd Məmmədov öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.

Teleqraf.com YAP-ın rəsmi saytına istinadən xəbər verir ki, Yeni Azərbaycan Partiyası Mərkəzi Nəzarət - Təftiş Komissiyasının sədri olmuş Məhəmməd Məmmədov sözügedən yoxlamaların və istintaqın başlaması ilə əlaqədar YAP strukturlarında tutduğu vəzifədən azad olunmaq barədə ərizə ilə müraciət edib. Hazırda o, Mərkəzi Nəzarət - Təftiş Komissiyasının sədri vəzifəsini daşımır.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sistemində həyata keçirilən yoxlamalar nəticəsində nazirliyin «Aztelekom» İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədovun barəsində həbs qətlimkan tədbiri seçilib.


Müəllif: