18 Noyabr 2015 17:32
472

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov noyabrın 18-də Türkiyənin Quru Qoşunlarının komandanı ordu generalı Salih Zəki Çolak ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlərdən, bu sahədə dost və qardaş Türkiyənin müvafiq qurumları ilə əməkdaşlıqdan bəhs edib.

Ordu generalı Salih Zəki Çolak səmimi görüşə görə təşəkkürünü bildirib, rəhbərlik etdiyi Türkiyənin Quru Qoşunlarının aidiyyəti qurumlarının Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları ilə sıx əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşdən sonra qonaq nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalının fəaliyyəti ilə tanış olub.

İLHAMƏ


Müəllif: