21 Noyabr 2015 11:21
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qanunu pozmuş, Prezidentin göstərdiyi etimadı yerinə yetirməmiş və bəlkə də o etimada müəyyən dərəcədə xəyanət etmiş insanlar varsa, onlar da ciddi şəkildə cəzalandılacaqlar”.

Trend-n məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov deyib.

Baş nazirin müavini qeyd edib ki, nazirlərin işə təyin olunması və işdən azad edilməsi cənab prezidentin Konstitusiya ilə müəyyənləşdirilmiş səlahiyyətlərinə daxildir: “Təbiidir ki, istənilən vaxt prezident nazirləri işdən azad edə və onalrın yerinə yeni nazirlər təyin edə bilər. Bizi bu və ya digər nazirliklərdə aşkar edilən ciddi pozuntular narahat edir. Bu barədə cənab prezidentin çox kəskin mövqeyi ortadadır”.


Müəllif: