23 Noyabr 2015 11:33
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun “Müasir dövrdə media manipulyasiya və informasiya müharibəsi” mövzusunda MQF Bakı QHT Resurs və Təlim Mərkəzində növbəti dəyirmi masası keçirilib.

Mövzu ilə bağlı Bakı Slavyan Universitetinin jurnalistika fakültəsinin dosenti fəlsəfə doktoru Mübariz Əhmədov və “Oğuz” MAQ rəhbəri, BDU beynəlxalq jurnalistika kafedrasının dosenti fəlsəfə doktoru Vüqar Zifəroğlu çıxış ediblər.

Hər iki məruzəçi çıxışlarında media manipulyasiya və müasir dövrdə aparılan informasiya müharibəsinin modelləri barədə məlumat verməklə yanaşı, ölkəmizə qarşı aparılan informasiya savaşı barədə ətraflı danışıblar.

M.Əhmədov çıxışında əsasən ermənilərin ölkəmizə informasiya müharibəsi barədə məlumat verib. O bilidirib ki, informasiya savaşında ermənilər kilsə və lobbi faktorlarından geniş şəkildə istifadə etməkdədirlər. Onun fikrincə, biz də informasiya savaşında diaspor təşkilatlarından daha səmərəli formada istifadə etməliyik və yalnız media ilə işimizi məhdudlaşdırmamalıyıq.

Daha sonra çıxış edən V.Zifəroğlu ölkəmizə qarşı aparılan informasiya müharibəsinin baçşlıca parametrləri və istiqamətləri mövzusunda çıxış edib. O bilidirb ki, bu gün ölkəmizə qarşı Ermənistan tərəfindən informasiya savaşı ilə paralel olaraq mediamız, eyni zamanda Qərb, Rusiya və İran mediasının manipulyativ basqılarına da məruz qalmaqdadır: “Sosial media isə bu manipulyasiyalar üçün geniş imkanlar açır və keçən ilin avqust hadisələri bunun əyani sübutudur. İnformasiya münasibətlərinin və proseslərinin durmadan inkişafı informasiya sahəsində yeni münasibətlər sisteminin- informasiya təhlükəsizliyinin təminatı sisteminin, informasiya hüququnun yaranmasını tələb edir.

Azərbaycanda bununla əlaqədar olaraq bir sıra qanunvericilik aktları və digər hüquqi sənədlər qəbul edilib. Lakin media mənsubları, jurnalistlər də informasiya ilə iş prosesində xüsusilə diqqətli olmalı, xarici faktorları nəzərə almalıdırlar”.

BƏXTİYAR


Müəllif: