23 Noyabr 2015 14:45
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov 19-22 noyabr tarixdə Kiyev şəhərində keçirilən Şərq Tərəfdaşlığı Proqramı Vətəndaş Cəmiyyəti Forumunun iclasında Azərbaycan üzrə əlaqələndirici və eləcə də İdarə Heyətinə üzv seçilib.

Teleqraf.com-un məlumatına görə, fər il Şərq Tərəfdaşlığı ölkələrinin birində keçirilən forumun iclasında milli əlaqələndirici Azərbaycan nümayəndə heyəti tərəfindən seçilərək təsdiq üçün foruma təqdim edilib. Ə.Həsənov bu vəzifədə 2014-cü ildə milli əlaqələndirici seçilmiş Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırovu əvəz edib.

Vətəndaş Cəmiyyəti Forumuna bu il Azərbaycandan 23 nəfər və digər 5 Şərq Tərəfdaşlığı və Avropa Birliyi ölkələrindən daxil olmaqla 175 nəfər vətəndaş cəmiyyəti aktivistləri qatılmışdı.

Xatırladaq ki, Ə.Həsənov 2009-cu ildə Şərq Tərəfdaşlığı Proqramı Vətəndaş Cəmiyyəti Forumu təsis olunarkən Azərbaycan üzrə əlaqələndirici seçilib.

BƏXTİYAR


Müəllif: