24 Noyabr 2015 12:24
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 24-də İsrailin «Safadi» Beynəlxalq Diplomatiya və İnformasiya mərkəzinin Qafqaz üzrə nümayəndəliyi və «Etnoqlobus» Beynəlxalq onlayn inofrmasiya analitik mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.

Əməkdaşlığı nəzərdə tutan Məramnamə Bakıda «Safadi» mərkəzinin ofisində baş tutub. Memorandumu «Safadi» mərkəzi tərəfindən Aleks Şapiro Suliman «Etnoqlobus» mərkəzi tərəfindən isə Gülnara İnanc imzalayıb.

Memorandum İsrail və Azərbaycanda humanitar səpkili tədbirlərin , o cümlədən təcrübə mübadiləsinin aparılması, birgə konfransların, seminarların, mühazirələrin keçirilməsini nəzərdə tutur. «Safadi» Beynəlxalq Diplomatiya və İnformasiya mərkəzinin Qafqaz üzrə nümayəndəsi, sülhməramlı səfir Aleks-Şapiro Suliman bildirib ki, əməkdaşlıq çərçivəsində İsrail və Azərbaycan arasında əlaqələrin genişlənməsinə dəstək verəcək tədbirlərin keçirilməsi də öngörülür: «Müasir dünyada baş verən aqressiv çağırışlar fonunda Azərbaycan və yəhudi xalqları arasında qarşılıqlı hörmət və etimadın güclənməsinə ehtiyac var. Bu səbəbdən də Azərbaycanın İsraildə, İsrailin Azərbaycanda tanınması üçün mütəmadi tədbirlərin keçirilməsi şərtdir. Bu işdə İsrail və Azərbaycandakı diasporaların da imkanından yararlanmağa, onların fəaliyyətini sinxronlaşdırmağa ehtiyac var».

«Etnoqlobus» mərkəzinin direktoru, gkspert Gülnara İnanc öz növbəsində bildirib ki, təcrübə mübadiləsinin aparılması siyasi, ictimai və sosial araşdırmaların daha dərin və tutumlu olmasına imkan yaradır: "Bu qəbil əməkdaşlıq ictimaiyyətə çatdırılan məlumatların dərinləşdirilməsinə xidmət edəcək".

Tədbirdə KİV və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.


Müəllif: