24 Noyabr 2015 15:22
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Azərbaycanlıları Konqresinin (DAK) Gənclər Təşkilatının Türkiyə təmsilçisi Suriyadakı türkmənlərə qarşı edilən hücumlarla bağlı bəyanat yayıb.

Teleqtaf.com-un məlumatına görə, DAK Gənclər Təşkilatı Türkiyə təmsilçisi Ərtoğrul Cahandar tərəfindən yayılan bəyanatda bildirilir ki, Türkiyədə yaşayan azərbaycanlı gənclər adından dini bir, soyu bir Bayırbucaq türkmən qardaşlarımıza edilən soyqırımı şiddətlə qınayırıq: “Türkmən elinə edilən soyqırıma böyük dövlətlərin türk soyunu qurutmaması üçün bütün türk dövlətlərinin vətəndaş cəmiyyəti təşkilatlarının dəstək olmağa çağırırıq. Birlik olub etirazımız bildirək! Unutmayaq ki, dünən Xocalı soyqırımını yaşadan dövlət 613 insanı vəhşicəsinə qətl etmişdi. Bundan xəbər tutan türkmən qardaşlarımız ürəkdən üzülərək göz yaşları tökmüşdülər. Unutmayaq ki, türkmən qardaşlarımız Azərbaycanı bizlər kimi sevirlər. Bu sevgiyə qarşılıqlı olaraq indi bu ağır vəziyyətdə onlara dəstək olmalıyıq. Necə ki, M.K.Atatürk, “Azərbaycanın kədəri və sevinci bizlərin kədəri və sevincidir” misalı bu gün də öz əhəmiyyətini qoruyub saxlayır və tarixən bir- birimizə dəstək olmuşuq. Çünki qardaşıq və qardaşın dırnağı ətindən ayrılarsa, bunu sadəcə heç kim deyil, yanlız qardaş hiss edər. Əlbəttə türkün türkdən başqa dostu, qardaşı yoxdur. Bu dost və qardaşlığımızı göstərək. Bir azərbaycanlı gənci olaraq, Bayırbucaq türkmən qardaşlarımızın kədəri və sevinci, bizlərin kədəri və sevinci olmadır”.

Bəyanatda Dünya Azərbaycanlıları Konqresi Gənclər təşkilatı olaraq, Türkiyədə fəaliyyət göstərən Azərbaycan vətəndaş cəmiyyəti institutlarını türkmənlərə dəstək olmaları ilə bağlı çağırış edilib: “Onların da yaşamağa haqqı var. Nə üçün göz görə-görə onları tək buraxaq? Buna qəlbimiz yol verməz. Türk dünyasının birliyə ehtiyacı var! Hamımız birimiz, birimiz hamımız üçün olmalıyıq!

Son olaraq Bayırbucaq türkmən elinə edilən qətlima dur deməyi tələb edirik”.

BƏXTİYAR


Müəllif: