26 Noyabr 2015 16:05
447

Bu gün Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyi Azərbaycanın da daxil olduğu mina problemlərinə həsr olunan illik hesabatla mətbuat konfransı keçirib.

Birliyin sədri Hafiz Səfixanov deyib ki, hər il Cenevrə şəhərində Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniyanın (PƏMQOU BK) dünya ölkələrindəki mina problemlərinə həsr olunmuş növbəti illik hesabatını ictimaiyyətə təqdim edir. Onun sözlərinə görə, bu hesabatlar 1999-cu ildən başlayaraq hazırlanır və minaların yaratdığı bütün problemləri və bu problem üzrə görülmüş işləri özündə əks etdirir: “Bu ilki hesabatda qeyd olunur ki, artıq 162 ölkə “Piyadalar Əleyhinə Minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan edilməsi və onların məhv olunması” haqqında 1997-ci il BMT Konvensiyasının (Ottava Konvensiyası) üzvüdür. Bir ölkə Marşall adaları konvensiyanı imzalasa da ratifikasiya etməyib. 36 dövlət o, cümlədən də Cənubi Qafqaz ölkələri bu konvensiyaya qoşulmayıb. Buna baxmayaraq, onların böyük əksəriyyəti minaların istehsalını və istifadəsini dayandırıb. Hesabat dövründə yalnız 3 ölkədə - Myanma, Şimali Koreya və Suriyada minaların istifadəsi halları qeydə alınıb. Silahlı qruplar tərəfindən 10 ölkədə - Əfqanıstan, Kolumbiya, İrak, Liviya, Myanma, Pakistan, Suriya, Tunis, Ukraina və Yəməndə minalardan istifadə olunub”.

H.Səfixanovun qeyd edib ki, hesabat dövründə 3678 nəfər yeni mina qurbanı qeydə alınıb və bu əvvəlki hesabatla müqayisədə 12 faiz çoxdur: “Əgər 1999-cu ildə hər gün 25 qurban qeydə alınırdısa, bu hesabat dövründə hər gün 10 qurban qeydə alınıb ki, bu da 40 faizlik azalma deməkdir. Yeni mina qurbanları 54 ölkədə o cümlədən konvensiyaya üzv 37 ölkədə qeydə alınıb. Mülki əhali arasında qeydə alınan qadın qurbanların sayı artıb. Qeydə alınan mina qurbanlarının 39 faizini uşaqlar təşkil edir. Eyni zamanda mina qurbanlarının 12 faizini qızlar və qadınlardır.

Son hesabata görə 57 ölkədə, o cümlədən 33 konvensiyaya üzv ölkədə minalarla əlaqədar problemlər qeydə alınıb. 200 kvadrat kilometrdən artıq ərazi təmizlənmiş və nəticədə 230 min piyada əleyhinə və 11500 tank əleyhinə məhv edilib. Beləliklə, son beş ildə ümumilikdə 976 kvadrat kilometr ərazi təmizlənib ki, bunun da nəticəsində 1480000 piyada əleyhinə və 82000 tank əleyhinə mina zərərsizləşdirilib. 29 ölkə özünü minalardan azad elan edib.

100 kvadrat kilometrdən artıq ərazilərin minaların təsirinə məruz qalması yalnız Azərbaycan, Əfqanıstan, Anqola, Bosniya-Hersoqovina, Kamboca, Çad, Xorvatiya, İrak, Tailand və Türkiyədə qeydə alınıb.
Hesabat dövründə milli və beynəlxalq donorlar tərəfindən minalarla mübarizə proqramlarına 610 milyon ABŞ dolları sərf olunub. Bu əvvəlki hesabat dövrü ilə müqayisədə 5 faiz azdır”.

H.Səfixanov sözlərinə gör, rəhbərlik ediyi təşkilat Azərbaycan bölməsi üzrə hesabatda qeyd edib ki, Azərbaycan hazırkı hərbi-siyasi vəziyyəti nəzərə alaraq Ottava Konvensiyasına qoşulmasa da bu sənəddən irəli gələn bir sıra vəzifələri könüllü yerinə yetirir: “Bu Konvensiyaya aid BMT-də keçirilən son səsvermədə də müsbət səs verilib. Ərazilərin minalardan təmizlənməsi əməliyyatları aparılır, digər ölkələrdən olan mütəxəssislərə treninqlər keçirilir. Əfqanıstan əhalisi üçün minalardan qorunmaq üçün iki dildə materiallar hazırlanıb və oraya göndərilib”.

BƏXTİYAR


Müəllif: