27 Noyabr 2015 16:49
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Veyisli kəndində (rayon mərkəzindən 10 km aralı) iki “VAZ” markalı minik avtomobilinin toqquşub.

Hadisə yerinə cəlb olunan yanğınsöndürən-xilasedicilər deformasiyaya uğramış avtomobillərdən 1962-ci il təvəllüdlü Ələsgərov Ələsgər Qurban oğlu, 1991-ci il təvəllüdlü İsmayılov Saday Bəxtiyar oğlu, 1976-cı il təvəllüdlü Rzayev Yaşar Əmiraslan oğlu və İsmayılov Nofəl Kərim oğlunun cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Müəllif: