Bakıda Milad bayramı konserti olacaq.
"Report"un Almaniyanın Azərbaycandakı səfirliyinə istinadən məlumatına görə, konsert Kapellhausda (Alman lüteran kilsəsində) dekabrın 6-da keçiriləcək.
Konsertdə Milad bayramına həsr olunmuş müxtəlif kompozisiyalar səslənəcək. Eyni zamanda, ziyarətçilər kitablar, CD-lər, əl işləri məhsulları ala bilərlər, həmçinin hədiyyəli oyunlar da keçiriləcək.