30 Noyabr 2015 15:12
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

“BakuBus”MMC-nin sərnişin tərəfindən döyülən sürücüsü cərrahiyyə əməliyyatı olunacaq.

Teleqraf.com-un məlumatına görə, bu barədə jurnalistlərə “BakuBus”MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib. O, bildirib ki, “Baku Bus” şirkətində qoyulan əsas qaydalardan biri də sərnişinlərin dayanacaqdan kənarda saxlama xahişini, tələbini yerinə yetirməməsi ilə bağlıdır: “Bununla bağlı sürücülərə xüsusi tapşırıqlar verilir. Avtobusun daxilində baş verənlər isə kamera ilə izlənilir. Noyabrın 29-da isə bizim şirkətə məxsus xətdə xoşagəlməz hal baş verib. Sərnişin sürücüdən dayanacaqdan kənarda saxalamağı istəyib və bu zaman sürücü ilə sərnişin arasında mübahisə yaranıb.

Müdaxilə edən başqa bir sərnişin isə “Baku Bus”un sürücüsünə ağır bədən xəsarətləri yetirib. Bu gün həmin sürücü əməliyyat olunacaq. Həmin sərnişin barəsində isə artıq hüquq-mühafizə orqanlarına müarciət olunub. Hadisə ilə bağlı bizim şirkətin vermək istədiyi açıqlama odur ki, sərnişinlərin sürücülərin işinə müdaxiləsi qəza ilə nəticələnə bilər və bütün sərnişinlər üçün bu təhlükə törədə bilər. Odur ki, bütün sərnişinləri sürücü ilə münasibətdə diqqətli olmağa çağırırıq”.

Naibə QURBANOVA


Müəllif: