Son günlər “Bakı Metropoliteni”nin stansiyalarında təhlükəsizlik tədbirləri gücləndirilib. Stansiyaların giriş-çıxışlarında polis sərnişinləri daha diqqətlə yoxlayır.
“Bakı Metropoliten”i QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Teleqraf.com-a açıqlamasında yoxlamaların təhlükəsizliklə əlaqədar olduğunu deyib:
“Həyata keçirilən tədbirlərin nə vaxta kimi davam edəcəyi bilinmir. Polis tərəfindən metronun giriş-çıxışlarında sərnişinlər daha ciddi yoxlanılır”.
Qeyd edək ki, təhlükəsizlik tədbirlərinin güclənməsi bəzi metro stansiyalarında sıxlığa səbəb olub.